Məxfilik siyasəti
Qüvvəyə minib: 14.09.2026
1. Hansı məlumatları toplayırıq
Hesab yaratdıqda:
- E-poçt ünvanı — giriş üçün, unikal, mütləqdir;
- Ad və soyad — profildə və bron/rəylərdə göstərilir;
- Şifrə — yalnız hash şəklində saxlanılır, açıq mətn heç vaxt yazılmır;
- Foto — istəyə bağlı, siz özünüz əlavə etsəniz.
Bələdçi qismində qeydiyyatdan əlavə olaraq:
- Telefon nömrəsi — sifarişçi ilə əlaqə üçün, tura 48 saat qalanadək gizli qalır;
- Şəhər və özünüz haqda mətn — profildə göstərmək üçün siz yazırsınız.
Texniki tədbirlər üçün, aşağıda 3-cü bənddə izah olunduğu kimi:
- IP ünvanı — girişi qorumaq üçün, insanların özü deyil, şəbəkə ünvanı;
- Google hesabı ilə giriş seçdikdə — Google-dan ad, soyad və e-poçt.
Ödəniş kartı məlumatlarını compassa özü heç vaxt görmür və saxlamır — onlayn ödəniş açıldıqda bunu ödəniş provayderi edəcək, bu sənəd o zaman yenilənəcək.
2. Şəxsi məlumatların işlənməsi qaydaları
Məlumatlarınızı aşağıdakı məqsədlər üçün və yalnız bu məqsədlər üçün işləyirik:
- hesabı yaratmaq və girişi təmin etmək — hüquqi əsas: sizin razılığınız (qeydiyyat zamanı işarələdiyiniz bənd);
- saxta hesab və şifrə/kod perebor cəhdlərinin qarşısını almaq — hüquqi əsas: platformanın və digər istifadəçilərin təhlükəsizliyində qanuni maraq;
- bələdçi təklifini kataloqda göstərmək və sifarişçi ilə əlaqələndirmək — hüquqi əsas: sizinlə bağlanan razılaşmanın icrası.
Məlumatlar Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa uyğun işlənir. Onları reklam məqsədilə satmırıq və üçüncü şəxslərə icazəniz olmadan ötürmürük — bax aşağıda, 4-cü bənd.
3. Nə qədər saxlanılır
| Hesab məlumatları (ad, e-poçt, foto) | hesab silinənədək |
| Təsdiq kodları (email və IP) | 24 saat |
| Uğursuz giriş cəhdləri (IP) | 30 dəqiqə |
| Ünvan yoxlaması qeydləri (IP) | 30 dəqiqə |
Bu müddətlər avtomatik tətbiq olunur, silinməsi üçün heç nə etməyinizə ehtiyac yoxdur.
4. Kimlərlə paylaşırıq
Sizin adınızdan xidmət göstərən texniki tərəfdaşlarla, başqa məqsəd üçün deyil:
- Cloudflare R2 — şəkillərin saxlanması və verilənlər bazasının şifrələnmiş ehtiyat nüsxəsi (yalnız açar sahibi oxuya bilər), ayrıca, gözlə görünməyən bağlantısız bucket-də;
- Render — server və verilənlər bazasının host edilməsi;
- Google — yalnız «Google ilə davam et» seçsəniz, giriş üçün;
- e-poçt provayderi — təsdiq kodu və bildirişlərin çatdırılması üçün;
- GitHub — hər gün ehtiyat nüsxə (backup) buradan işə düşür, bir neçə dəqiqəliyinə açıq mətnlə işləyir, sonra silinir;
- Telegram — ehtiyat nüsxə buraya göndərilir, amma şifrələnmiş: göndərənin özündən başqa heç kim (Telegram daxil) onu oxuya bilmir.
5. Sizin hüquqlarınız
- Baxmaq və düzəltmək — ad, soyad və foto profil səhifəsindən, bələdçi anketasını isə kabinetdən;
- Silmək — hesabınızı özünüz, təsdiqlə birlikdə, aşağıda izah olunub;
- Sual vermək — [email protected] ünvanına yazaraq, hansı məlumatın harada saxlandığını soruşa bilərsiniz.
6. Hesabın silinməsi
Profil səhifəsində «Hesabı sil» bölməsindən özünüz silə bilərsiniz — e-poçtunuzu yazıb təsdiqləməklə. Silinən hesabla birlikdə foto, bələdçi anketası və dərc olunmamış turlar da silinir. Dərc olunmuş turların rəyləri qalır, amma müəllif kimi adınız yox, «Silinmiş istifadəçi» görünür. Əməliyyat geri qaytarılmır.
7. Uşaqlar
Platforma 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
8. Cookie-lər
Cookie istifadəsi haqqında ayrıca: Cookie siyasəti.
9. Dəyişikliklər və əlaqə
Sənəd yenilənəndə tarix yuxarıda dəyişir. Suallarınız üçün: [email protected].