Cookie-lərdən istifadə siyasəti
Qüvvəyə minib: 14.09.2026
compassa reklam və ya statistika üçün heç bir cookie qoymur — sizi internetdə izləmirik. Saytın işləməsi üçün mütləq lazım olan iki cookie var, ikisi də başqa saytlara ötürülmür:
- sessionid — girişinizi saxlayır ki, hər səhifədə yenidən daxil olmayasınız. Brauzeri bağladıqda və ya çıxış etdikdə silinir.
- csrftoken — formaları saxta sorğulardan qoruyur (CSRF). Sizin haqqınızda heç nə bilmir, sadəcə formaların əsl saytdan göndərildiyini yoxlayır.
Hər ikisi saytın işləməsi üçün zəruridir, buna görə onlara ayrıca razılıq soruşmuruq — brauzerinizin öz parametrlərindən silə bilərsiniz, amma onda giriş etmək mümkün olmayacaq.
Gələcəkdə statistika və ya digər cookie əlavə etsək, bu səhifə əvvəlcə yenilənəcək, sonra həmin cookie qoyulacaq.
Sual üçün: [email protected]. Şəxsi məlumatların işlənməsi haqqında ətraflı: Məxfilik siyasəti.